Şirkət haqqında


         Axiom Solutions şirkətlərə qiymətli yüklərini, ərazidə olan avtomobillərini, işçilərini hər zaman izləmələrinə imkan yaradan və bunun sayəsində əməliyyatların effektiv şəkildə idarə olunmasına dəstək olan bir şirkətdir.

         Şirkət 2012-cil ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz –lə  əməkdaşlıq yaradaraq,  Azərbaycandakı şirkətlərə nəqliyyat izləmə və avto nəqliyyatın idarə olunması xidmətlərini təqdim edir.

         Türkcellin golden partnyoru olan Mobiliz özünün ən qabaqcıl mobil izləmə və Avto nəqliyyat idarə etmə sistemi vasitəsilə beynəlxalq bazarın ən əhəmiyyətli firmalarından birinə çevrilmişdir.

 

Məqsədimiz

         Şirkətimizin məqsədi ən müasir və yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməklə, sifarişçilərimizə yüksək xidmət  göstərməkdən ibarətdir. Loyallıq, dürüstlük, peşəkarlıq və çalışqanlıq prinsiplərinə dayanaraq partnyorlarımız və sifarişçilərimizlə mütəmadi olaraq əməkdaşlıq etməklə öz məqsədimizə nail olmağa çalışırıq.

 

Sistem necə çalışır

         Sistem avtomobillərə qoşulan cihazlar sayəsində GPS (Global Positioning Systems – Qlobal Yer Təyinetmə Sistemi) peyklərindən alınan ərazi məlumatlarını, avtomobil üzərindən toplanan fərqli sensor və bənzəri məlumatlar ilə birlikdə GSM/GPRS üzərindən hər hansı bir mərkəzə çatdırması və istifadəçilərə internet üzərindən təqdim edilməsi  üzrə fəaliyyət  göstərir.

Sxem

\

Axiom Solutions şirkətinin təqdim etdiyi GlobeFleet nəqliyyat izləmə sisteminin özəllikləri:

  • Sistem tamamilə internetə bağlı çalışır və istənilən ölkədən, günün istənilən zamanı kompyüterlərinizdən www.globefleet.com saytından istifadəçi adı və şifrəni daxil etməklə avtomobillərin fəaliyyətinə nəzarət etmək,
  • Sektorunda ən sürətli izləmə imkanı olan bir sistemdir, ən mühüm vəziyyət üçün 4 saniyədən bir məlumat ötürmək,
  • Bütün Mobil telefon cihazlarından avtomobilləri izləmək,
  • İstənilən zaman avtoparkınızdakı nəqliyyat vasitələrinizin cari və keçmiş dövrdə olduğu məkanı, sürəti və qət olunan məsafəni bir toxunuşla müəyyən etmək,
  • Rəqəmsal xəritə üzərində avtomobilin keçmiş marşrutunu animasiya şəklində izləmək,
  • Avtomobillərinizin keçmiş hərəkət fəaliyyəti ilə bağlı bütün məlumatlarını 500 gün müddətində sistemdə saxlamaq,
  • Azərbaycan, Rus, İngilis və Türk dillərində istifadə etmək,
  • Avtomobillərin hərəkət fəaliyyəti ilə bağlı 33 növdə hesabat almaq,
  • Nəqliyyat vasitələri üçün rəqəmsal xəritə üzərində virtual bölgə, marşrut və davamlı ziyarət edəcəyi nöqtələrin yaradılması,
  • Avtomobillərə sürət həddi və iş saatı kimi qaydaların tətbiq olunması,
  • Sistem vasitəsi ilə tətbiq olunan qaydaların  (iş saatları, sürət həddi və s.) pozuntusu zamanı hesabatın müəyyən olunmuş e-mail ünvana yönləndirilməsi,
  • Sistem, avtomobili uzaqdan dayandırmaq, yanacaq çəninə nəzarət və qapılara nəzarət kimi bir sıra  imkanları  yaradır.

Avtomobillərin fəaliyyətinin cari və keçmiş dövr hərəkətinə və hesabatlarına baxmaq üçün əlavə proqram təminatının yazılmasına ehtiyac yoxdur.